DİM-in əməkdaşları ADA Universitetində Kembric ingilis dili kvalifikasiyaları haqqında məlumat sessiyası keçiriblər

DİM-in əməkdaşları ADA Universitetində Kembric ingilis dili kvalifikasiyaları haqqında məlumat sessiyası keçiriblər Dövlət İmtahan Mərkəzinin (DİM) Strateji inkişaf şöbəsinin əməkdaşları ADA Universitetində Kembric ingilis dili kvalifikasiyaları haqqında ingilis dilində məlumat sessiyası keçiriblər.
Tədbir zamanı DİM-in fəaliyyəti, beynəlxalq tərəfdaşları və əməkdaşlıq etdiyi qurumlar, DİM tərəfindən keçirilən beynəlxalq imtahanlar barəsində məlumat verilib.
Sessiyanın əsas hissəsi Kembric ingilis dili kvalifikasiyalarına həsr olunub. Belə ki, Kembric imtahanlarının beynəlxalq səviyyədə tanınması, müxtəlif səviyyə imtahanları (A1, A2, B1, B2), sertifikatın müddətsiz olması, əlçatan hazırlıq imkanları kimi üstünlükləri barədə məlumat verilib.
Daha sonra DİM-in beynəlxalq imtahanlar üçün vahid qeydiyyat platforması haqqında danışılıb və qeydiyyatdan keçmə prosesi tələbələrə interaktiv şəkildə göstərilib. Yekunda isə iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını keçirir.
2022-ci ilin sonunadək DİM-də keçiriləcək Kembric imtahanların tarixləri, habelə DİM-in keçirdiyi digər beynəlxalq imtahanlar barədə məlumat Mərkəzin saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər