“Putin Zelenskiyə xüsusi mesaj göndərməyib”

“Putin Zelenskiyə xüsusi mesaj göndərməyib” “Rusiya Prezidenti Vladimir Putin Qvineya-Bisau lideri Umaru Sisoka Embalo vasitəsilə ukraynalı həmkarı Volodimir Zelenskiyə tərəflər arasında mümkün dialoqla bağlı xüsusi mesaj çatdırmayıb”.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Putin afrikalı həmkarı ilə görüşdə Ukrayna barədə mövqeyini ifadə edib.
Qeyd edək ki, oktyabrın 25-i Qvineya-Bisau lideri Umaru Sisoka Embalo V. Putinlə görüşündə Rusiya və Ukrayna arasında dialoqun bərpa ediləcəyinə ümid etdiyini bildirib.
Dünən isə mediada Embalonun Putinin Zelenskiyə Rusiya ilə Ukrayna arasında danışıqlara hazır olması barədə mesajını çatdırması barədə məlumat yayılıb.

Tehsil-press.az

Oxşar xəbərlər