“Putin və Zelenski G20 sammitində iştirak barədə razılığa gəliblər”
Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak etmək barədə razılığa gəliblər.
Bu barədə “The National” nəşri yazıb. Nəşr İndoneziyanın BƏƏ-dəki səfiri Husin Bagisə istinad edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın G20 sammitində iştirak edəcəyini təsdiqləyib, lakin o bildirib ki, format hələ müəyyənləşməyib.
Tehsil-press.az
- Baxış: 2790
Xəbərin tarixi: 07.10.2022 / 18:46
-
Oxşar xəbərlər