Azərbaycan-Gürcüstan əlaqələri yüksək dinamika ilə inkişaf edir - Rauf Əliyev

Azərbaycan-Gürcüstan əlaqələri yüksək dinamika ilə inkişaf edir - Rauf Əliyev 22 oktyabr 2022-ci il tarixində Gürcüstana işgüzar səfəri zamanı təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyev byanatında çox mühüm məsələlər barədə fikir söyləməşdir.
Qeyd olunmuşdur ki, iki ölkə arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. 24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bəyanatda vurğulanmışdır ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir.
Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlığın tarixi ənənələrə söykənəndiyi , iki ölkə arasındakı münasibətlərin çox dərin ənənələr üzərində qurulduğu xüsusilə qeyd olunmuşdur. Bildirilmişdir ki, əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.
Bu gün iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə çatmışdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Gürcüstan həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim bir birni dəstəkləyir.
Regionda daimi sülhün bərqərar olması üçün Qarabağ münaqişəsi başa çatandan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasının vacibliyi vurğulanmışdır. Azərbaycan bu niyyətlə sülh sazişinin imzalanması üçün beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim etmişdir. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır.
İki ölkə arasında ticarət dövriyyəsinin artdığı bildirilərək, qeyd olunmuşdur ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki ölkə arasında əməkdaşlığı daha da gücləndirir. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artmışdır.
Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac olduğu bildirilmişdir. Yeni nəqliyyat yollarının həm geosiyasi vəziyyətlə bağlı olması, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verməsi vurğulanmışdır. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.
Azərbaycan- Gürcüstan əməkdaşlığının Avropa və dünya üçün böyük əhəmiyyətə malik olduğu bildirilərək qeyd olunmuşdur ki, hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər