“44 günlük dastan”ın qəhrəmanları AzMİU tələbələrinə döyüş yollarından danışıblar

“44 günlük dastan”ın qəhrəmanları AzMİU tələbələrinə döyüş yollarından danışıblar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Böyük Qayıdış” Gənclər Təşkilatının “44 günlük dastan” layihəsi çərçivəsində qazilərlə tələbələrin görüşü keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
“Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri iştirakçısı Əhliyət Mehdiyevin moderatorluğu ilə qazilərlə tələbələr arasında diskussiya təşkil edilib. Qazilər Elsevər Ağayev, Sadiq Hüseynov, Tural Abdullayev və Əfqan Zaxmayev tələbələrə keçdikləri döyüş yollarından, müharibə dövründə ordumuzun döyüş əhval-ruhiyyəsindən danışıb, onları maraqlandıran sualları cavablandırıblar.
Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Pərviz Mirələmli bildirib ki, “44 Günlük Dastan” layihəsinin məqsədi tələbə gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılmasıdır.
Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər