BMT-nin baş katibi Türkiyəyə taxıl sazişi üzrə səylərinə görə təşəkkür edib

BMT-nin baş katibi Türkiyəyə taxıl sazişi üzrə səylərinə görə təşəkkür edib BMT-nin baş katibi Antonio Quterreş Rusiyanı taxıl sazişinə qaytarmaq üçün diplomatik təşəbbüslərə görə Türkiyəyə təşəkkür edib.
Bunu çərşənbə günü BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjariik deyib.
Onun sözlərinə görə, Türkiyəyə diplomatik səylərinə görə təşəkkür edən A.Quterreş, müqavilənin yenilənməsi və Rusiyanın ərzaq və gübrə ixracına maneələrin aradan qaldırılması üçün bütün tərəflərlə danışıqlara davam etdiyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər