“Rusiya bu qərarı Türkiyənin vasitəçiliyi sayəsində verib”

“Rusiya bu qərarı Türkiyənin vasitəçiliyi sayəsində verib” “Rusiyanın taxıl sazişində iştirakını bərpa etmək barədə qərarı Türkiyənin vasitəçiliyi sayəsində qəbul edilib”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya sazişə zəmanət verilməsində Türkiyənin göstərdiyi yardımı yüksək qiymətləndirib.
Peskov, həmçinin qeyd edib ki, Türkiyə hərbçiləri və diplomatları, eləcə də şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən görülən işlər xüsusi diqqətə layiqdir.

Tehsil-press.az


Oxşar xəbərlər