BDU-da tədbir: Döyüşən jurnalistika

BDU-da tədbir: Döyüşən jurnalistika Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllim və tələbələrinin Vətən müharibəsində ön cəbhədə döyüşən və hərbi əməliyyatların gedişini işıqlandıran jurnalistlərlə görüşü keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Tədbirin moderatoru, Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev fakültənin döyüşlərdə igidlik göstərən, müxtəlif medallara layiq görülən məzunlarını və informasiya cəbhəsində vuruşan jurnalistləri iştirakçılara təqdim edib.
Fakültənin dekan əvəzi Sevinc Əliyeva Vətən müharibəsində şücaət göstərən jurnalist həmkarlarımızın mühüm rolunu diqqətə çatdırıb.
Müharibə iştirakçısı olmuş məzunlar - “Azərbaycan” qəzetinin şöbə redaktoru, baş leytenant Rəşad Baxşəliyev, Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov,
Müxbir Elmir Səftərov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin proqramçısı Əli Allahverdiyev keçdikləri döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər.
Tələbələri Zəfər Günü münasibətilə təbrik edən məzunlar Azərbaycan gənclərini hər zaman, istər ön cəbhədə, istərsə də informasiya cəbhəsində sayıq olmağa çağırıblar.
Sonra vaxtilə döyüş bölgəsinə ezam olunmuş, müharibəni işıqlandıran jurnalistlərdən Azərbaycan Televiziyasının “Xəbərlər” studiyasının direktoru Vüsal Qaraca, bölgə müxbiri Elnur Əkbərov, İctimai Televiziyanın Analitik şöbəsinin redaktoru Araz Xan və “ARB24” televiziyasının redaktoru Nurlan Vilayətoğlu müharibə jurnalistikasının incəliklərindən bəhs ediblər.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər