Pedaqoji Universitetlə Türkiyənin Başkent Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Pedaqoji Universitetlə Türkiyənin Başkent Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri çərçivəsində qardaş ölkənin Başkent Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə ADPU tərəfindən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, universitetin rektoru professor Cəfər Cəfərov, prorektorlar dosent Eldar Aslanov, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Başkent Universitetindən isə rektor vəkili İ.Haldun Müderrisoğlu, Eğitim İnstitutunun direktoru professor Servet Özdemir, Təhsil fakültəsinin dekanı Sadegül Akbaba və professor Burhaneddin Dönmez iştirak ediblər.
Görüşdə Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında geniş əməkdaşlıq imkanlarından söz açılıb və gələcək əməkdaşlığın hər iki ali təhsil ocağına faydalı olacağı, təcrübə mübadiləsində önəmli rol oynayacağı vurğulanıb.
Daha sonra rektorlar tərəfindən universitetlər arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Görüşün yekununda professor C.Cəfərov Başkent Universitetinin xatirə kitabına ürək sözlərini qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər