“Ukrzaliznitsa” Kiyev-İzyum reysi üçün bilet satışına başladı - İlk dəfə

“Ukrzaliznitsa” Kiyev-İzyum reysi üçün bilet satışına başladı - İlk dəfə “Ukrzaliznitsa” Kiyev-İzyum reysi üçün bilet satışına başlayıb.
Bu barədə “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) İdarə Heyəti məlumat yayıb.
Bildirilib ki, qatar noyabrın 17-dən saat 22:55-də Kiyevdən yola düşəcək və saat 12:00-da İzyuma çatacaq:
"112/111 saylı Kiyev - İzyum qatarı noyabrın 17-dən saat 22:55-də Kiyevdən yola düşəcək və saat 12:00-da İzyuma çatacaq. Əks istiqamətdə, İzyumdan qatar noyabrın 18-dən saat 18:22-də yola düşəcək və Kiyevə saat 06:10-da çatacaq”.
Qeyd edilir ki, qatar Poltava, Xarkov, Balakleya və digər şəhərlərdən keçəcək və bu, azad edilmiş İzyum şəhərinin sakinlərinin paytaxtla rahat gediş-gəlişini təmin etmək üçün nəzərdə tutulub.
Bu reysə biletlər artıq “Ukrzaliznytsi”a proqramında və internet saytında (booking.uz.gov.ua) mövcuddur.

Tehsil-press.az

Oxşar xəbərlər