BMT TŞ noyabrın 21-də Şimali Koreya ətrafında vəziyyəti müzakirə edəcək
BMT Təhlükəsizlik Şurası noyabrın 21-də keçiriləcək iclasında KXDR ətrafında vəziyyəti müzakirə edəcək. Bu barədə cümə günü Təhlükəsizlik Şurasının növbəti günlər üçün proqramında deyilir. Məlumata əsasən, müzakirələr Bakı vaxtı ilə saat 19:00-a təyin edilib. Məsələnin nəzərdən keçirilməsinə Qərb dövlətləri təşəbbüs göstərib.