KXDR-də toy və yas mərasimlərinə qadağa qoyulub

KXDR-də toy və yas mərasimlərinə qadağa qoyulub Şimali Koreyada toy və yaslar da daxil olmaqla, təntənəli mərasimlərin keçirilməsinə qadağa qoyulub.

Tehsil-press.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu göstəriş Koreyanın Əmək Partiyasının qurultayı ərəfəsində təhlükəsizliyin gücləndirilməsi çərçivəsində verilib.
Yonhap informasiya agentliyi ölkə rəhbərliyinin paytaxta girişi məhdudlaşdıraraq və Çinlə sərhəd zonası boyu müşahidəni gücləndirərək “Xüsusi təhlükəsizlik rejimi” tətbiq etdiyini bildirib. Gücləndirilmiş təhlükəsizlik tədbirləri zamanı qaydaları pozan şəxslər ağır şəkildə cəzalandırılacaq.
Qeyd edək ki, Koreya Əmək Partiyasının son 36 ildə ilk dəfə keçiriləcək qurultayı yaxın cümə günü baş tutmalıdır. Qurultayda KXDR-in daxili və xarici siyasət kursunun qəbul edilməsi gözlənilir.


Tehsil-press.az

Oxşar xəbərlər