ADU-da Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüş keçirilib

ADU-da Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüş keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib.
Elmi işlər üzrə prorektor Novruz Məmmədov tədbir iştirakçılarına Qoşulmama Hərəkatı barədə məlumat verib.
Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə şəbəkənin məqsədlərindən danışıb. O bildirib ki, əsas məqsəd üzv dövlətlərindən olan gənclərin davamlı tərəqqisinə nail olmaq, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün vətəndaşı olduqları ölkələrin birgə və adekvat səyləri barədə fikir mübadiləsinə şərait yaratmaqdır.
Qeyd olunub ki, sessiya cəmiyyətdə, xüsusən də gənclər arasında Qoşulmama Hərəkatı barədə təsəvvürün formalaşdırılması və Azərbaycanın sədrliyi dövründə gənclər tərəfindən hərəkatın fəaliyyətinin təkmilləşdirilməsinə veriləcək töhfənin artırılması, eləcə də şəbəkənin fəaliyyətinin gənclər arasında daha geniş təbliğ edilməsi məqsədilə keçirilir. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və bu təşəbbüslərin icrası istiqamətində atılan addımlar təşkilatın beynəlxalq nüfuzunun daha da güclənməsinə, proseslərə təsir imkanlarının genişlənməsinə, ölkələrə və ümumilikdə bəşəriyyətə faydalarının artmasına xidmət göstərir.
Görüşdə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər