AzMİU-da istilik effekti yaradan qazların yaratdığı ekoloji problemlər müzakirə edilib

AzMİU-da istilik effekti yaradan qazların yaratdığı ekoloji problemlər müzakirə edilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasında dosent Oktay Salamovun “Üzvi tullantılardan və müxtəlif biokütlə növlərindən bioqaz və yanar qaz qarışığı alınmasında günəş enerjisindən istifadənin təhlili” mövzusunda məruzəsinə həsr olunmuş elmi seminar keçirilib.
Məruzədə hazırda istifadə olunan ənənəvi yanacaq növlərinin yaxın zamanlarda tükənəcəyi və həmin yanacaq növlərindən istifadə zamanı atmosferə atılan külli miqdarda istilik effekti yaradan qazların yaratdığı ekoloji problemlər barədə ətraflı məlumatlar verilib.
Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb və səmərəli təkliflər verilib.

Tehsil-press.az

Oxşar xəbərlər