Xameneyinin bacısı qızı 15 il müddətinə azadlıqdan məhrum edildi

Xameneyinin bacısı qızı 15 il müddətinə azadlıqdan məhrum edildi İranın ali rəhbəri Seyid Əli Xameneyinin bacısı qızı Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə məlumatı Muradxaninin vəkili Məhəmməd Ağasi açıqlayıb.
Həmçinin oxuyun: Арестован активист Бахтияр Гаджиев
Məlumata görə, xüsusi ruhani məhkəməsi Fəridə Muradxanini ruhani olmamaqda ittiham edib.
Xatırladaq ki, Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-ü həbs edilmişdi.
Qeyd edək ki, bir neçə gün əvvəl də İranın ali rəhbərinin bacısı Bədri Hüseyni Xamaneyi də öz qardaşının siyasətini tənqid edərək SEPAH-ı ölkədəki etirazçılara qoşulmağa, silahı yerə qoymağa çağırmışdı.

Tehsil-press.az



Oxşar xəbərlər