
Hökm bu gün Bişkekin Pervomay Rayon Məhkəməsi tərəfindən çıxarılıb.
İsakov Bişkekdə Tarix muzeyinin və Çolpon-Atada ippodromun yenidən qurulmasında korrupsiyada təqsirli bilinib. 2019-cu ilin dekabr ayında İsakov Bişkekdə İES-in yenidən qurulması işi üzrə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. İndi həmin müddət daha üç il artırılıb. Həmçinin, keçmiş Baş Nazir dövlətə 247,6 milyon som (3,3 milyon dollar) ödəməli olacaq.
Tehsil-press.az