Ulu Öndərın xatirəsi ADNSU-da da ehtiramla anılıb

Ulu Öndərın xatirəsi ADNSU-da da ehtiramla anılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla anılıb.
Dahi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş videosüjet nümayiş etdirilib.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı dünyaşöhrətli siyasi xadim, dahi rəhbər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsindən danışıb, Azərbaycanın beynəlxalq mövqeyinin yüksəlməsində müstəsna xidmətlər göstərdiyini vurğulayıb.
Qeyd olunub ki, Ulu Öndər digər sahələrlə yanaşı, elm və təhsilimizin inkişafına daim xüsusi əhəmiyyət verib.
ADNSU-nun İctimai fənlər kafedrasının müdiri professor Camal Mustafayev Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, siyasi irsinin əhəmiyyətindən bəhs edib.

Tehsil-press.az


Oxşar xəbərlər