Ümummilli Liderin ideyaları daim yaşayacaq

Ümummilli Liderin ideyaları daim yaşayacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitetin rektoru professor Mustafa Babanlı çıxış edərək ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövləti dahi rəhbər Heydər Əliyevin əsəridir.
Professor M.Babanlı Ulu Öndərin elmin, təhsilin inkişafına daim xüsusi əhəmiyyət verdiyini deyib.
ADNSU-nun Humanitar fənlər kafedrasının müdiri professor Camal Mustafayev ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, zəngin dövlətçilik təcrübəsindən bəhs edib, onun ideyalarının daim yaşayacağını vurğulayıb.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər