ADNSU-da Ulu Öndərin xatirəsinə həsr olunmuş kitab sərgisi

ADNSU-da Ulu Öndərin xatirəsinə həsr olunmuş kitab sərgisi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi təşkil olunub.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında müstəsna xidmətlərindən bəhs edən müxtəlif adda kitablar və digər materiallar yer alıb.
Eyni zamanda, sərgidə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı mühüm hadisələri əks etdirən kitab və digər nəşrlər də nümayiş olunur.

Tehsil-press.az



Oxşar xəbərlər