
Tədbir insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.
Görüşdə təcrübəli həkimlər İİV/QİÇS-lə (Qarşılıqlı İmmun Çatışmazlığı Sindromu) bağlı xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsi barədə ətraflı məlumat veriblər. İİV testindən keçmənin könüllü olduğu diqqətə çatdırılıb. Həmçinin tələbələrə İİV/QİÇS-ə aid broşürlər, bukletlər təqdim olunub, onların sualları cavablandırılıb.
Tehsil-press.az