
Tədbir insan sağlamlığına təhlükə sayilan İmmun çatışmazlığı Virusunun (İİV) yayılması təhlükəsinin qarşısını almaq və tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə təşkil edilib. Tədbirdə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsi kimi məsələlərə aydınlıq gətirilib. İİV testindən keçmənin könüllü olduğu diqqətə çatdırılıb.
İştirakçılara QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən nəşr olunan İİV/QİÇS-ə aid broşür və bukletlər təqdim edilib.
Tehsil-press.az