Çin xəttatlığı üzrə ustad dərslərində iştirak edən tələbələrə sertifikatlar verilib

Çin xəttatlığı üzrə ustad dərslərində iştirak edən tələbələrə sertifikatlar verilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdindəki İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Azərbaycan Dillər Universiteti nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin kalliqrafiyası və kağız üzərində kəsmə sənəti üzrə keçirilən ustad dərsləri yekunlaşıb.
Dərslərdə iştirak üçün İtaliya-Azərbaycan Dizayn Mərkəzi tərəfindən 15 nəfərlik tərkibdə qrup təşkil olunub. Ustad dərsləri həftədə 2 dəfə olmaqla, 7 həftə müddətində Çin vətəndaşları Gou Yuyuan və Li Biao tərəfindən keçirilib.
Dərslərdə müvəffəqiyyət göstərən AzMİU tələbələrinə sertifikatlar verilib.

Tehsil-press.az



Oxşar xəbərlər