AzMİU-nun tələbələri italyan dilini öyrənirlər

AzMİU-nun tələbələri italyan dilini öyrənirlər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliyanın ali məktəbləri ilə əməkdaşlığı 2003-cü ildən bu günə qədər uğurla davam etdirilir.
İkitərəfli müqavilələr, Avropa İttifaqının “Erasmus+” layihəsi və digər beynəlxalq layihələr çərçivəsində İtaliyanın bir neçə universiteti ilə səmərəli əməkdaşlıq mövcuddur. Yeni tədris ilindən bu istiqamətdə daha bir yeniliyə imza atılıb. Sentyabrın 16-dan AzMİU-da italyan dilinin tədrisinə başlanılıb. “Laureati per l’italiano” layihəsi çərçivəsində İtaliya vətəndaşı Stefano Bonfili 2019-2020-ci tədris ilində universitetin tələbələrinə italyan dilini öyrədəcək.
İtalyan dili dərsləri tələbələr arasında böyük maraq doğurub və onlar dərslərdə böyük həvəslə iştirak edirlər. Oktyabrın 1-dən isə universitetin əməkdaşları üçün italyan dili dərsləri keçiriləcək.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər