AzMİU-nun İtaliya-Azərbaycan Dizayn Mərkəzi tələbələr üçün onlayn müsabiqə keçirəcək

AzMİU-nun İtaliya-Azərbaycan Dizayn Mərkəzi tələbələr üçün onlayn müsabiqə keçirəcək AzMiU-nun İtaliya-Azərbaycan Dizayn Mərkəzi fəaliyyətini distant şəkildə davam etdirir.
Mərkəz Memarlıq fakültəsinin tələbələri üçün Parklet və Liqo müsabiqəsi keçirməyə hazırlaşır. Müsabiqənin videokonfransı “Zoom” platforması vasitəsilə aprelin 24-25-də saat 14:00-da keçiriləcək. Mərkəzin direktoru Fərid Kərimov müsabiqənin şərtləri ilə bağlı tələbələrə onlayn şəkildə təlimatlar verib.
Məqsəd tələbələrdə dizayn və memarlıq bacarıqlarının, yaradıcılıq qabiliyyətlərinin inkişafı istiqamətində onların real layihələrdə iştirakını təşkil etmək, həmçinin ərazilərin abadlaşdırılması ekoloji mədəniyyəti formalaşdırmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər