Türkiyənin tanınmış aktyorları BDU-da

Türkiyənin tanınmış aktyorları BDU-da Türk Filmləri Həftəsi çərçivəsində Türkiyənin tanınmış kino aktyorları Umut Karadağ və İpek Tuzcuoğlu Bakı Dövlət Universitetində (BDU) olublar.
Tələbələrlə keçirilən görüşdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb.
Yunus Əmrə İnstitutunun nümayəndəsi Hüseyn Mənsurov təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, BDU ilə əməkdaşlıq əlaqələrinə diqqət çəkib, Türkiyənin istehsalı olan ekran əsərlərinin Azərbaycan tamaşaçıları tərəfindən həmişə böyük maraq və sevgi ilə qarşılandığını deyib.
Sonra Umut Karadağ və İpek Tuzcuoğlu Türkiyədə kino sənayesinin inkişaf perspektivləri, potensial imkanları və problemlərindən bəhs edib.
Qeyd edək ki, Türk Filmləri Həftəsi çərçivəsində qardaş ölkənin kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin Nizami Kino Mərkəzində nümayişi, kinorejissor Semih Kaplanoğlunun iştirakı ilə azərbaycanlı kinosevərlər üçün ustad dərsinin təşkili nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər