ADNSU-nun nümayəndə heyəti Estoniya və Finlandiya universitetlərinin təcrübəsi ilə tanış olub

ADNSU-nun nümayəndə heyəti Estoniya və Finlandiya universitetlərinin təcrübəsi ilə tanış olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Estoniya və Finlandiya universitetləri ilə təcrübə mübadiləsi” layihəsi həyata keçirilib. Layihənin təşkilatçı tərəfdaşı Estoniyada fəaliyyət göstərən Karyera Təhsil Akademiyasıdır.
Layihə çərçivəsində ADNSU-nun nümayəndə heyəti universiteti və eləcə də Azərbaycanı yüksək səviyyədə təmsil edib.
Qeyd edək ki, nümayəndə heyəti Estoniyanın reytinqli universitetləri olan Tartu, Tallin Texniki Universiteti, Tallin Texnika Ali Məktəbi və Finlandiyanın dünyada ən yaxşılardan sayılan LUT Universitetində olub. Həmin universitetlərdə keçirilən görüşlər zamanı qarşılıqlı təqdimatlar edilib, ali təhsillə bağlı fikir mübadiləsi aparılıb. Universitetlər arasında bir çox müqavilələrin və sazişlərin imzalanması baxımından razılıqlar əldə olunub, habelə müəllim və tələbələrin təcrübə mübadilə proseslərini başlatmaq üçün zəmin yaradılıb.
Sonda ADNSU-nun nümayəndə heyəti yüksən səviyyədə qəbula görə təşəkkürünü bildirib və universitetlərə Azərbaycan və ADNSU ilə bağlı xatirə hədiyyələri təqdim edib.

Tehsil-press.az




Oxşar xəbərlər