
Rektor Mustafa Babanlı universitetdə görülən işlər, tədris prosesi, qəbul statistikası, əcnəbi tələbələr və tələbə mübadiləsi barədə qonaqlara ətraflı məlumat verib.
İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın ADNSU ilə əməkdaşlıqda xüsusən tələbə və professor-müəllim heyətinin mübadiləsi baxımından maraqlı olduqlarını bildirib.
Görüş universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə davam edib. Tədbirdə İstanbul Aydın Universitetində tədris prosesi, ali məktəbin beynəlxalq əlaqələri və maddi-texniki bazası haqqında geniş videotəqdimat olub. Sonra Mustafa Aydın tələbələrə təhsil və iş həyatında uğur qazanmaq yollarından danışıb və bu istiqamətdə tövsiyələrini verib.
Sonda tələbələrin sualları cavablandırılıb.
ADNSU-nun Mətbuat Xidməti

