
Bu barədə razılaşma Yaponiyanın xarici işlər naziri Yaşimasa Hayaşinin Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Türkmənistandan olan həmkarları ilə dekabrın 24-də Tokioda keçirilən görüşü zamanı əldə edilib.
Görüş iştirakçılarına müraciət edən Y.Hayaşi bildirib ki, Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatla əlaqədar beynəlxalq ictimaiyyət böyük problemlərlə qarşılaşıb. Nazir qeyd edib ki, Yaponiya ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq hazırda daha önəmli xarakter daşıyır. Mərkəzi Asiya ölkələri Yaponiyanın qanunun aliliyinə əsaslanan beynəlxalq qaydaların qorunması işində mühüm tərəfdaşlarıdır.
Görüşdə, həmçinin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və ədalətli, şəffaf maliyyələşdirilmənin davam etdirilməsi barədə də razılıq əldə olunub.
Diplomatlar Əfqanıstanda sülhün və tərəqqinin qorunması üçün birgə çalışmaq və digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Tehsil-press.az