“BootSTART” proqramı üzrə 6 startap komandası finala vəsiqə qazanıb

“BootSTART” proqramı üzrə 6 startap komandası finala vəsiqə qazanıb Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC) Startap İnkubatorunun təşkil etdiyi “BootSTART” proqramının “Pitch day” mövzusunda təqdimatı keçirilib.
Tədbirin açılışında rəqəmsallaşma üzrə prorektor Raqif Qasımov və Startap İnkubatorun rəhbəri Mübariz Şahbazlı təqdim olunan startaplar barədə məlumat veriblər, komandalara uğurlar arzulayıblar.
Sonra 6 həftəlik intensiv proqramda iştirak etmiş 15 komanda öz startap ideyaları ilə çıxış edib. İştirakçıların maraqla dinlədikləri təqdimatlardan sonra startapların dəyərləndirilməsi keçirilib.
Münsiflər heyətinin dəyərləndirməsinə əsasən, 6 komanda -“Eddy”, “Taky”, “Probiont”, “HIRPO”, “4You”, “FeedHub” finala vəsiqə qazanıb.
Müsabiqənin final mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulub.

Tehsil-press.az



Oxşar xəbərlər