BSU-da keçirilən “Slavyanın səsi” mahnı müsabiqəsində 3 iştirakçı finala vəsiqə qazanıb

BSU-da keçirilən “Slavyanın səsi” mahnı müsabiqəsində 3 iştirakçı finala vəsiqə qazanıb Bakı Slavyan Universitetində (BSU) “Slavyanın səsi” musiqi yarışmasının yarımfinalı keçirilib.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova yarımfinala vəsiqə qazanan tələbələrə uğurlar diləyib. Bildirilib ki, müsabiqənin əsas məqsədi tələbələr arasında bədii yaradıcılığa marağı artırmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etməkdir.
Musiqi yarışmasında 3 komandadan 8 yarımfinalçı iştirak edib. Onlardan 3 iştirakçı finala vəsiqə qazanıb. Yarışmada komandaların rəhbərləri Cavid Hüseynli, Aytac Samullayeva və Namiq Fərəcov münsif qismində çıxış ediblər.
“Slavyanın səsi” mahnı müsabiqəsində qalib gələn finalçı “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalında iştirak edəcək.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər