Bakı Ali Neft Məktəbinin tələbələri startap müsabiqəsinin qalibi olublar

Bakı Ali Neft Məktəbinin tələbələri startap müsabiqəsinin qalibi olublar Bakı Ali Neft Məktəbinin (BANM) AzPlagio komandası Təhsil Nazirliyinin təşkil etdiyi EdTech Startap müsabiqəsinin qalibi olub. Komanda müsabiqənin final mərhələsində 1-ci yerə layiq görülüb.
Mərhələdən ibarət olan müsabiqəyə 244 komanda qatılıb. Onların arasından 10 ən yaxşı komanda final mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin əsas qalibi olan BANM-in AzPlagio komandası layihənin reallaşdırılması üçün 10 min manat investisiyaya layiq görülüb.
AzPlagio komandasının üzvləri ali məktəbin Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri İlqar Məmmədov, Nəzrin Qurbanova, Ağamirzə Fətəliyev, Adil Məhərrəmli, Bəhruz Hüseynov və Ruhan Budaqlıdır.
EdTech Startap müsabiqəsi ali təhsil müəssisələrində oxuyan tələbələr arasında keçirilən yarışmadır. Yarışmanın əsas məqsədi tələbələr tərəfindən hazırda ölkəmizdə təhsil sahəsində olan çağırışların müəyyənləşdirilməsi, onlara cavab vermək üçün texnoloji həllərin təqdim olunmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər