Prezidentin ali xüsusi rütbə verdiyi Orxan Nəzərli kimdir?

Prezidentin ali xüsusi rütbə verdiyi Orxan Nəzərli kimdir? Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərli “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsinə layiq görülüb.

O.Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. O, 2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.

2018-ci ildə isə vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

O.Nəzərli 2019-cu ildən etibarən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilib.

Prezidentin 6 may 2021-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.

Tehsil-press.az

Oxşar xəbərlər