Polşa ABŞ istehsalı olan 116 ədəd “Abrams” tankı üçün müqaviləni təsdiqləyib

Polşa ABŞ istehsalı olan 116 ədəd “Abrams” tankı üçün müqaviləni təsdiqləyib Polşa ABŞ-dan 116 ədəd “Abrams” markalı tank alacaq.
Polşanın müdafiə naziri Mariuş Blaşak ABŞ istehsalı olan 116 M1A1 “Abrams” tankının tədarükü üçün müqavilə imzalayıb.
1 saylı Varşava Zirehli Briqadasında keçirilən mərasimdə Blaşak bildirib ki, tanklar ölkənin şərq regionlarında hərbi hissələrdə yerləşdiriləcək. Nazir həmçinin qeyd edib ki, Polşa gələn ilin sonunda təhvil veriləcək M1A2 SEPv3 versiyalı daha 250 “Abrams” tankının tədarükü üçün də razılaşma əldə edib. Müqaviləsi imzalanan 116 tank isə bu il ərzində Polşanın hərbi arsenalına qəbul ediləcək.
ABŞ-ın Polşadakı müvəqqəti işlər vəkili Daniel Lyuton mərasimdə bildirib ki, tanklar və onların döyüş sursatı ilə bağlı müqavilələr ABŞ Prezidenti Cozef Baydenin Polşanın silah alışını sürətləndirməyə dair vədinin tərkib hissəsidir.

Tehsil-press.az

Oxşar xəbərlər