Bunu Fransa Futbol Federasiyasının Prezidenti Noel Le Qrey deyib.
O, müsahibəsində bu sözləri deyərək millinin keçmiş üzvü Zinəddin Zidandan üzr istəyib:
“Mən Fransa futbolunun iki nəhəngi olan Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Lakin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir”.
Qeyd edək ki, FFF-nin rəhbəri açıqlamasında Zidanın millinin baş məşqçisi postuna namizəd olmadığını bildirmişdi.
Tehsil-press.az