
Bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev "Düzünə qalsa" proqramında deyib. Bəstəkar Xalq artisti Aygün Kazımova ilə dostluğundan və işbirliyindən danışıb:
"O, valideynlərindən çox erkən yaşda ayrılıb, parta arxasından qalxandan yanında idim. Onu əlimin nəbzində saxlamışdım, bir ehtiyac olan kimi gəlirdim. Heç vaxt Aygünü qışqırıb-bağıran görməmişəm. Görəni də görməmişəm ki, biri bunu desin. Bu onun xasiyyətindən irəli gəlirdi, ifasında da hiss olunur. Ona görə sevilirdi o. Aygünə qarşı inanılmaz sevgi olub, görülməmiş bir şeydir bu. Heç bir müğənnidə olmayıb. Bunun mən canlı şahidi olmuşam. Onu görən ağlayırdı ki, Aygün canlı qarşımdadır. Belə səhnələr görmüşəm mən".
Tehsil-press.az