“Gün ərzində Ukraynaya 3 hava və 57 raket zərbəsi endirilib”

“Gün ərzində Ukraynaya 3 hava və 57 raket zərbəsi endirilib” Rusiya ordusu son 24 saat ərzində Ukrayna ərazisinə 3 hava və 57 raket zərbəsi endirib.
Bu haqda Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan xülasəsində məlumat verilib.
Bundan əlavə, düşmən çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib, mülki infrastruktura 69 hücum həyata keçirib.
Qeyd olunur ki, düşmən Ukraynanın paytaxtına və digər yaşayış məntəqələrinə raket zərbələri endirmək üçün S-300/S-400 zenit-raket komplekslərindən istifadə edib.

Tehsil-press.az

Oxşar xəbərlər