Küveytdə parlamentlə böhran yaşayan hökumət istefa verdi

Küveytdə parlamentlə böhran yaşayan hökumət istefa verdi Küveyt hökuməti parlamentlə davam edən böhrandan sonra istefa ərizəsini təqdim edib.
Xəbərdə Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın başçılıq etdiyi 2022-ci ilin oktyabrında qurulan hökumətin istefa verdiyi bildirilib.
Həmçinin xəbərdə hökumətin parlamentlə siyasi böhranda mövqeyini qoruduğu və “populist” adlandırdığı qanun layihələri ilə bağlı hər hansı öhdəlik götürməkdən imtina etdiyi qeyd edilib.
Ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında böhran yanvarın 10-dan başlayıb. Hökumət üzvləri “Vətəndaşların kredit borcunun azaldılması haqqında” qanun layihəsini rədd edərək, Məclisin iclasından çıxıblar.
Qeyd edək ki, rəsmi qurumlardan istefa ilə bağlı hələlik açıqlama verilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər