Belçikada keçmiş hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbi ilə bağlanacaq “Tihange” Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan “Tihange 2” reaktoru illik 1055 meqavat-saat elektrik enerjisi istehsal gücünə malik olub.
Ölkədə cəmi 7 reaktor işləyib. Bu reaktorlar tərəfindən istehsal olunan elektrik enerjisi adətən ölkənin tələbatının təxminən yarısını ödəyib.
Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını Rusiya-Ukrayna müharibəsindən əvvəl hazırlayıb.
Keçmiş hökumətlərin qərarlarına uyğun olaraq, “Doel 3” rektoru ötən ilin sentyabrında bağlanıb.
Tehsil-press.az