ÜST: Türkiyədə baş vermiş zəlzələ Avropada son 100 ilin ən dəhşətli təbii fəlakətidir

ÜST: Türkiyədə baş vermiş zəlzələ Avropada son 100 ilin ən dəhşətli təbii fəlakətidir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu Türkiyə-Suriya həmsərhəd regionunda baş vermiş dəhşətli zəlzələni son 100 ilin Avropada ən dəhşətli təbii fəlakəti kimi dəyərləndirib və beynəlxalq ictimaiyyəti zəlzələdən əziyyət çəkənlərə hərtərəfli yardıma çağırıb.
Avropa bürosunun rəhbəri Hans Kluqe bu barədə onlayn mətbuat konfransında danışıb. O bildirib ki, regionda yardıma tələbat olduqca böyükdür və hər ötən saat bu tələbat daha da artır. Hazırda regionda 26 milyon insanın humanitar dəstəyə ehtiyacı var: “İndi vaxt yetişib ki, beynəlxalq ictimaiyyət Türkiyənin illər ərzində dünyanın müxtəlif ölkələrinə göstərdiyi səxavət və dəstəyin cavabını versin. O bildirib ki, Türkiyə dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsidir.
UNICEF-in məlumatına görə, zəlzələ yeddi milyon uşağın həyatına təsir göstərib, minlərlə uşaq həlak olub. Türkiyənin zəlzələ baş verən 10 vilayətində ümumilikdə 4,6 milyon uşaq yaşayır, Suriyada isə zəlzələ bölgəsində 2,5 milyon uşaq yaşayır.

Tehsil-press.az

Oxşar xəbərlər