Tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinin qeydiyyatı başlanıb

Tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinin qeydiyyatı başlanıb 2022-2023-cü tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinin qeydiyyatı başlanıb.
Qeydiyyatdan keçmək üçün tələbələr öncədən aldıqları razılıq ərizəsi ilə e-ttkf.edu.az portalına giriş edərək müraciətlərini göndərə bilərlər. İlk dəfə müraciət edən tələbələr notarial ofislərdən, “ASAN xidmət” mərkəzlərindən və ya "Mobil notariat" tətbiqindən razılıq ərizəsini əldə edə bilər.
Daha öncə müraciət etmiş tələbələr həmin ərizə nömrəsi ilə e-ttkf.edu.az portalına daxil olaraq müraciətlərini göndərə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər