Xəzər Universitetində Meksikanın təhsil müəssisələri ilə tərəfdaşlıq istiqamətində müzakirə aparılıb

Xəzər Universitetində Meksikanın təhsil müəssisələri ilə tərəfdaşlıq istiqamətində müzakirə aparılıb Xəzər Universitetində Meksikanın ölkəmizdəki səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüş keçirilib.
Görüşdə Azərbaycanla Meksika arasında əlaqələrin genişləndirilməsi perspektivləri və Meksika təhsil müəssisələri ilə tərəfdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb. Səfirə Xəzər Universitetinin təhsil sistemi, əcnəbi tələbələrə təklif olunan təqaüdlər və s. barədə məlumat verilib.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru İradə Xəlilova və başqaları iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər