UNEC ilə “Profity Academy” arasında memorandum imzalanıb

UNEC ilə “Profity Academy” arasında memorandum imzalanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) məzunlar birliyi və “Profity Academy” təlim və konsultasiya şirkəti arasında memorandum imzalanıb.
İmzalanmadan öncə tərəflərin birgə fəaliyyətləri istiqamətləri üzrə görüləcək işlər və perspektivlər müzakirə olunub. Sənəddə tərəflərin birgə kommunikasiya alətlərindən istifadəsi nəzərdə tutulub.
“Profity Academy” təlim və konsultasiya şirkətinin direktoru Vüsal Sultanlı UNEC ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. O, şirkət tərəfindən həyata keçirilən “Qadın gülərsə” sosial məsuliyyət layihəsinin BMDM məzunlar birliyi ilə birgə fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər