Türkiyədə zəlzələdə həlak olanların sayı 45 min nəfəri ötüb

Türkiyədə zəlzələdə həlak olanların sayı 45 min nəfəri ötüb Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 min nəfəri ötüb.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, təbii fəlakət 45 min 89 nəfərin ölümünə səbəb olub. Fevralın 6-da baş verən güclü zəlzələdən sonra indiyə qədər 11 min 20 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 milyon 971 min 589 şəxs təxliyə edilib.
Qeyd edək ki, güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 mindən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Tehsil-press.az


Oxşar xəbərlər