Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda güclü zəlzələ oldu Zaqatalada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Yerli vartla saat 22:40-da baş verən zəlzələnin episentri 2 km dərinlikdə yerləşib. Yeraltı təkan episentirdə 6 bala qədər hiss olunub.
Güclü zəlzələ şimal-qərb regionundakı qonşu rayonlarda, həmçinin Aran bölgəsindəki rayonlarda da hiss edilib.
Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.
***
Sosial şəbəkə istifadəçiləri zəlzələ zamanı mağazalarda məhsulların rəflərdən aşdığını əks etdirən fotolar paylaşıblar.
Sakinlər zəlzələ zamanı çox təlaşa düşdüklərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər