
Ailə üzvləri ilə görüşlərdə MDU kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış universitetin qəhrəman məzunlarının əziz xatirəsini böyük hörmət və minnətdarlıq hissləri ilə yad edib.
MDU ailəsi adından şəhid analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən universitetin rektoru Şahin Bayramov Vətənə layiqli övladlar yetişdirən valideynlərə dərin ehtiramını bildirib.
Şəhid ailələrinin üzvləri dövlətin daim yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Tehsil-press.az