
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlarda bildirib.
"Belarus və İran arasında, xüsusən də son 2 ildə mövcud təmaslar həqiqətən Sizin xidmətinizdir. Mən bunu yaltaqlıq üçün deməmişəm. Düzünü deyim, bəlkə də mənim günahıma görə, biz İran dövlətinə diqqəti bir qədər zəiflətdik. Mən tez - tez bu barədə düşünərək belə qənaətə gəlirəm ki, biz bu dövr, bəlkə də o qədər də gərgin olmayan münasibətləri yaşamalı idik. Bu dövr bir - birimizə nə qədər ehtiyac duyduğumuzu, bu dünyada nə qədər sıx əməkdaşlıq etməli olduğumuzu başa düşməyimizlə xarakterizə olunur",- deyə Lukaşenko vurğulayıb.
İran prezidenti isə qeyd edib ki, Belarus-İran münasibətləri həmişə yüksəlişdə olub. Ancaq son 2 ildə, onun sözlərinə görə, həqiqətən bir irəliləyiş nümayiş etdirdilər.
"Şübhəsiz ki, sizin İrana səfəriniz ikitərəfli münasibətlərimizin inkişafına ciddi böyük təkan verəcək", - deyə Rəisi bildirib.
2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 33 milyon dolları ötüb və 2020-ci illə müqayisədə üçdə birindən çox artıb.. Xüsusi ilə ötən il ticarət səviyyəsi daha da əhəmiyyətli dərəcədə artıb: 2022-ci ildə Belarus və İran 100 milyon dollar dəyərində bazarlıq edib ki, bu da üçqat artımdır.
Tehsil-press.az