Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 28-i Çinə rəsmi səfər edəcək. Bu barədə məlumatı Belarus Prezidentinin Mətbuat xidməti yayıb. Səfər zamanı iki ölkə arasındakı münasibətlər, eləcə də beynəlxalq məsələlər müzakirə ediləcək. Lukaşenkonun səfəri martın 2-nə qədər davam edəcək.