Kutsi ikinci dəfə evləndi

Kutsi ikinci dəfə evləndi Türkiyənin tanınmış müğənni və aktyoru Kutsi ikinci dəfə evlənib.
O rol aldığı “Benim adım Melek” teleserialında Seyid obrazını canlandıran uşaq aktyor Poyraz Arın anası Sibel Ülkərlə ailə qurub.
Nikah mərasimi Qaziantepdə baş tutub.
Xatırladaq ki, onların münasibəti Sibel Ülkerin sosial şəbəkədə şəkillərini paylaşmasından sonra üzə çıxmışdı.
Qeyd edək ki, Kutsi daha əvvəl Sinem Bayraktutarla evli olub. Bu nikahdan onun bir qızı var. Sənətçi daha sonra "Huzur sokağı" serialında tanış olduğu tərəf müqabili Feyza Çıpa ilə 7 il münasibətdə olub. Kutsi ilə Feyza ötən ilin aprelində münasibətlərinə son qoyublar.

Tehsil-press.az


Oxşar xəbərlər