
Oruc zamanı xüsusən də, imsak və iftar vaxtı qidalanma rejiminə diqqət etmək lazımdır.
Ramazanda sağlam qidalanmaq üçün bunları etmək faydalıdır:
Porsiyalarınızı böyük etməyin:
Ramazanda açılan böyük süfrələrdə sağlam qidalanmaq üçün porsiyalarımızı əvvəlcədən yaxşı şəkildə nizamlamalıyıq.
Bütün qida qruplarından az miqdarda qəbul etməliyik:
Sağlam yeməkləri düzgün və miqdarından çox olmayacaq şəkildə yemək daha faydalıdır.
Tərəvəz və meyvələri bol etməliyik:
Bu qidalar mədə və bağırsaqların fəaliyyətini artıracağı üçün həzm sistemimizi də rahatlaşdıracaq.
Ət, toyuq və balıq yeməklərini sobada bişirmək daha xeyirli olacaq:
Bu bizim yediyimiz qidalardan ən yaxşı şəkildə faydalanmağımızı təmin edəcək.
Şirniyyatdan az istifadə etmək daha faydalıdır:
Uzun müddətli aclıqdan sonra qəbul edəcəyimiz şirniyyatlar qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.
Tehsil-press.az