Oruc tutanların nəzərinə - QMİ vaxta dəyişiklik edib
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası tərəfindən təsdiq olunmuş mübarək Ramazan ayının təqvimində imsak vaxtı əvvəllər olduğu kimi sübh azanından 15 dəqiqə deyil, 5 dəqiqə əvvəl göstərilib. Bununla əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur.
İmsak vaxtının sübh namazından 5 dəqiqə əvvəl təyin edilmə qərarı hər iki məzhəb üləmalarının fikirləri əsas tutularaq qəbul olunub.
Oruc tutan qardaş və bacılarımızın nəzərinə çatdırırıq ki, imsak vaxtının sübh azanından bir qədər əvvəl olması oruc tutanların səhuru sübh azanından əvvəl bitirib namaza hazır olmaları üçündür. Builki Ramazan təqvimində belə bir dəyişiklik etmə qərarının başlıca məqsədi oruc tutanların rahatlığını daha yaxşı şəkildə təmin etməkdir.
İmsak vaxtı ilə sübh azan vaxtı arasındakı 5 dəqiqəlik müddətin son hədd olduğu bir daha önəmlə vurğulanır.
Tehsil-press.az
- Baxış: 4725
Xəbərin tarixi: 18.05.2018 / 18:57
-
Oxşar xəbərlər
Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı
Ramazanın 28-ci günü: dua, imsak və iftar vaxtı
Ramazanın 19-cu günü: dua, imsak və iftar vaxtı
Sabahın duası - İmsak və iftar vaxtı
Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı
Ramazanın 11-ci gününün duası, imsak və iftar vaxtı
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı
Ramazanın 7-ci gününün duası, imsak və iftar vaxtı
Ramazanın 6-cı gününün duası, imsak və iftar vaxtı
Ramazanın 4-cü gününün duası, imsak və iftar vaxtı
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Bakıda oruc tutanların çoxu qadındır